Lider azlıqda qalan komandaya uduzdu
10 aprel 2021 19:05 (UTC +04:00)

Lider azlıqda qalan komandaya uduzdu

“Mançester Siti” İngiltərə Premyer-liqasının 31-ci turunda öz meydanında “Lids”ə məğlub olub. 

 Lent.az-ın məlumatına görə, oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 

Styuart Dallasın qoluna meydan sahibləri Ferrana Torresin dəqiq zərbəsi ilə cavab veriblər. Ancaq əsas vaxta əlavə edilən dəqiqələrdə Dallas ikinci dəfə fərqlənib. 

“Lids” birinci hissənin sonundan azlıqda qalıb. Liam Kuper birbaşa qırmızı vərəqə alıb. 

Məğlubiyyətə baxmayaraq, “Mançester Siti”  74 xalla lider kimi qalır. “Lids” 45 xalla 9-cu sıradadır.


 

# 1842
avatar

Oxşar yazılar