Levandovski niyə "Bavariya"dan ayrılmaq istədiyini  AÇIQLADI
07 iyun 2022 13:22 (UTC +04:00)

Levandovski niyə "Bavariya"dan ayrılmaq istədiyini AÇIQLADI

Robert Levandovski "Bavariya"dan ayrılmaq istəyinin səbəbini açıqlayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun sözlərinə görə, ömrünün bu qədər ilini verdiyi Münhen klubu rəhbərliyinin münasibəti onun xoşuna gəlməyib.

"Gedirəm, çünki həyatımda daha çox emosiya istəyirəm. Onlar məni dinləmək istəmədilər və içimdə nəsə söndü - bununla bacarmaq mümkün deyil. Peşəkar olsan belə, bunun əvəzini çıxmaq mümkün deyil.

Klubda bu qədər il keçirdiyiniz zaman zədələrə və ağrılara baxmayaraq, hər zaman oynamağa hazır idin, əlinizdən gələni edirdin. Düşünürəm ki, hər iki tərəf üçün yaxşı həll yolu tapa bilərsiniz, birtərəfli həll olmamalıdır. 

Hansı oyunçu başına belə bir şey gələ biləcəyini bilə-bilə “Bavariya”ya keçmək istər? Belə uğurlu yoldan sonra sədaqət və hörmət haradadır?

Mən həmişə hazır idim, burada səkkiz gözəl il keçirdim, gözəl insanlarla tanış oldum. Kaş ki, beynimdə belə qalsın”, - Levandovski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar