Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələlərinin ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Polşa millisinin futbolçusu Robert Levandovski siyahıda 3-cü sıraya şərik çıxıb.
Andorra ilə II turun matçında (3:0) dubla imza atan forvard bosniya və herseqovinalı Edin Dzekoya çatıb. Hər iki hücumçunun aktivində 24 top var.
Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalının 30 qolu var. Ukraynalı Andrey Şevçenko 26 topla ikincidir.