“Latsio”dan gedəsi olmadı
02 avqust 2023 15:49 (UTC +04:00)

“Latsio”dan gedəsi olmadı

64 yaşlı italiyalı mütəxəssis Mauritsio Sarri Romanın "Latsio" klubuna rəhbərlik etməyə davam edəcək.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Mauritsio Sarri rəhbərliklə fikir ayrılığı səbəbindən komandanı tərk edə bilərdi. Lakin hazırda bütün münaqişələr həll olunub və tərəflər əməkdaşlığı davam etdirir.

Xatırladaq ki, italiyalı mütəxəssis 2021-ci ilin yayında "Latsio"nun baş məşqçisi olub və 2025-ci ilə qədər müqavilə imzalayıb. Ötən mövsüm “qartallar” A Seriyasında gümüş medallar qazanaraq Çempionlar Liqasına vəsiqə qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar