“Əl-Nəsr”in portuqaliyalı hücumçu Kriştiano Ronaldo kosmetik xidmətlərin pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.
Mənbənin məlumatına görə, kosmetik həkim Roşan Ravindran Ronaldoya qarşı 40 min funt sterlinq məbləğində iddia qaldırıb.
Qeyd olunur ki, botoks, dolgular, dəriyə qulluq və qaş qaldırma sahəsində ixtisaslaşmış Ravindran Ronaldo və ailə üzvləri ilə çalışıb.