Klubsuz qalan qapıçı  qaçqın düşərgəsində   yaşayır
03 fevral 2023 16:43 (UTC +04:00)

Klubsuz qalan qapıçı qaçqın düşərgəsində yaşayır

Donetsk “Şaxtyor”unun və “Mariupol”un keçmiş qapıçısı Yevgeni Qalçuk Belçikada qaçqın düşərgəsində yaşayır və heç yerdə oynamır. 

Lent.az bildirir ki, bu barədə “Nieuwsblad.be” nəşri məlumat yayıb.

Jurnalistlər futbolçu ilə Antverpendəki qaçqın düşərgəsində söhbət ediblər. Qalçuk bildirib ki, hazırda təkbaşına məşq edir, formada qalmağa çalışır və Avropada iş tapmaq istəyir.

Qalçuk "Mən həqiqətən yeni klub tapmaq istəyirəm", - deyib.

Xatırladaq ki, Qalçuk “Şaxtyor”un akademiyasının yetirməsidir, lakin o, heç vaxt bu komandanın əsas heyətində çıxış etməyib. 2012-ci ildə o vaxtkı “İlyçevetsə” keçib. Yevgeni Ukraynanın yeniyetmə və gənclərdən ibarət milli komandasında da çıxış edib, Premyer Liqada 87 oyun keçirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar