Klublararası dünya çempionatının keçirilmə  tarixi və yeri   AÇIQLANDI
29 fevral 2024 16:45 (UTC +04:00)

Klublararası dünya çempionatının keçirilmə tarixi və yeri AÇIQLANDI

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı ilə bağlı məlumat yayıb. Xatırladaq ki, turnir yenilənmiş formatda keçiriləcək. Yarışda yeddi klub əvəzinə 32 komanda iştirak edəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay - iyulun 13-dək davam edəcək.

Genişləndirilmiş turnir 2021-ci il iyunun 17-dən iyulun 4-dək keçirilməli idi, lakin FİFA COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin ortalarına deyil, 2021-ci ilin ortalarına vaxtı dəyişdirilən Avropa Çempionatı və Amerika Kubokunun təxirə salınması səbəbindən yarışı daha gec tarixə keçirib.

2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense” klubunu 4:0 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” komandası olub. Bundan əvvəl yeni formatda keçiriləcək turnirdə iştirak edən 32 komandadan 19-nun adı məlum olub.

“Çelsi” (İngiltərə) – Çempionlar Liqasının 2020/2021 qalibi;

“Real” (İspaniya) – 2021/2022 Çempionlar Liqasının qalibi;

“Mançester Siti” (İngiltərə) – Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün qalibi;

“Bavariya” (Almaniya) – UEFA reytinqinə uyğun olaraq;

PSJ (Fransa) – UEFA reytinqinə uyğun olaraq;

“İnter” (İtaliya) – UEFA reytinqinə uyğun olaraq;

“Porto” (Portuqaliya) - UEFA reytinqinə uyğun olaraq;

“Benfika” (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq;

“Palmeiras” (Braziliya) – 2021 Libertadores Kubokunun qalibi;

“Flamenqo” (Braziliya) – 2022 Libertadores Kubokunun qalibi;

“Fluminense” (Braziliya) – 2023 Libertadores Kubokunun qalibi;

“Əl-Əhli” (Misir) – Afrika Çempionlar Liqasının 2020/2021 və 2022/2023 qalibi;

“Vidad” (Mərakeş) – Afrika Çempionlar Liqasının 2021/2022 qalibi;

“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 2021-ci ildə Asiya Çempionlar Liqasının qalibi;

“Urava Red Daymonds” (Yaponiya) – 2022 Asiya Çempionlar Liqasının qalibi;

“Monterrey” (Meksika) – 2021 Konkakaf Kubokunun qalibi;

“Sietl Saunder” (ABŞ) – 2022 Konkakaf  Kubokunun qalibi;

“Leon” (Meksika) – 2023 Konkakaf Kubokunun qalibi;

“Oklend Siti” (Yeni Zelandiya) – OFC reytinqinə uyğun olaraq.

Daha 13 iştirakçı komandanın adı daha sonra açıqlanacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Oxşar yazılar