“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.
“Liv Bona Dea Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.
4 qolun vurulduğu matçda "Araz-Naxçıvan" rəqibinə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.