Yeni mövsümə hazırlaşan "Kəpəz" futbol klubu növbəti yoxlama oyununu keçirib.
Lent.az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail-2" ilə qarşılaşıb. Oyun "Kəpəz"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz"in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdulayi Şuaybu və Ehtiram Şahverdiyev vurublar.
Qeyd edək ki, "Kəpəz" bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə"yə və "Səbail"ə uduzub.