Keçmiş kapitan   “Vest Hem”ə keçdi
09 avqust 2023 14:44 (UTC +04:00)

Keçmiş kapitan “Vest Hem”ə keçdi

"Mançester Yunayted"in futbolçusu Harri Maquayr karyerasını "Vest Hem"də davam etdirəcək.

Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalist Fabrisio Romanonun sözlərinə görə, tərəflər futbolçunu 35 milyon avroya transfer etmək barədə razılığa gəliblər. Yaxın vaxtlarda bu məsələ daha əvvəl “Mançester Yunayted”in heyətindən ayrılmaq istədiyini bildirən futbolçunun özü ilə müzakirə olunacaq.

Bundan əvvəl “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Maquayrı kapitan sarğısından məhrum etmişdi.

Maquayr 87 milyon avroya “Lester”dən “Mançester Yunayted”ə keçərək onu futbol tarixinin ən bahalı müdafiəçisi edib. 30 yaşlı mərkəz müdafiəçisinin "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar