Keçmiş futbolçu FACİƏLİ şəkildə  öldü
30 sentyabr 2024 13:17 (UTC +04:00)

Keçmiş futbolçu FACİƏLİ şəkildə öldü

Andrea Kapone öldü. İtaliya yüksək liqasının keçmiş futbolçusu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə,  A Seriyasının keçmiş futbolçusu Andrea Kaponenin cəsədi Kalyaridəki “Palazzo Tirso” otelində tapılıb.

Keçmiş italyan yarımmüdafiəçi dostunun verdiyi ziyafətdə iştirak edib. Bu zaman bədbəxt hadisə baş verib.

O,  pilləkənlərdən yıxılıb və başından zərbə alıb. Yıxılma nəticəsində alınan xəsarətlər ölümcül olub.

Kaponenin karyerasının böyük hissəsi “Kalyari” ilə bağlı olub. 1998-2007-ci illərdə B Seriyasından A Seriyasına keçib. Orada 100-dən çox oyun keçirib.

İtalyan daha sonra “Viçenza” və “Salernitana”nı təmsil edib. O, 2011-ci ildə karyerasını başa vurub. 

Kapone 43 yaşında idi. Təəssüf ki, bu, futbol dünyasında ilk belə ölüm deyil. 2020-ci ildə “Kardiff Siti”nin keçmiş oyunçusu Piter Uittinqem də oxşar şəkildə ölüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar