Kazemiro İspaniya futbol klubunun səhmdarı  oldu
05 iyun 2024 21:53 (UTC +04:00)

Kazemiro İspaniya futbol klubunun səhmdarı oldu

İngiltərənin "Mançester Yunayted" və Braziliya milli futbol komandasının yarımmüdafiəçisi Kasemiro “Marbelya” klubunun səhmdarına çevrilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, İspaniya üçüncü divizion komandasının rəsmi saytı xəbər verir.

“Ailəm, uşaqlarım, həyat yoldaşım və mən bir neçə dəfə Marbellada olmuşam, ömürlük birlikdə olmaq istədiyimiz bu şəhərə aşiqik. Şübhəsiz ki, biz birlikdə “Marbelya”nı zirvəyə çatdırmağı xəyal edəcəyik”, - Kazemiro deyib.

Keçən mövsüm “Marbelya” İspaniyanın dördüncü ən güclü liqasının turnir cədvəlində üçüncü yeri tutub və pley-offun nəticələrinə görə 3-cü diviziona yüksəlməyə nail olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar