“Dinamo”dan ayrıldı, amma futboldan yox.
Lent.az xarici mediaya istinadla bildirir ki, Mirça Luçesku karyerasını başa vurması ilə bağlı məlumatları təkzib edib. Qeyd edək ki, belə söz-söhbətlər mütəxəssis Kiyev klubunun baş məşqçi postunu tərk etməsindən dərhal sonra yaranıb.
Lakin Rumıniyanın “Fanatik Superliqa” nəşrinə müsahibəsində 78 yaşlı mütəxəssis belə xəbərlərin haradan gəldiyindən şübhələnmədiyini, çünki özü belə bir söz demədiyini bildirib.
"Karyeramı başa vurmağımla bağlı hekayə haradan gəldi? Klubdan, hər şeyin necə şərh edildiyini bilmirəm. Bunu heç vaxt deməmişəm. Komandadan gedirəm.
Mən hələ də Ukraynadayam. Bir-iki gün gözləyib evə qayıdacağam. Nə edəcəyimi düşünürəm. Mən ölkəyə qayıdıram, evə qayıdıram, görək nə olacaq. Hazırda fiziki olaraq özümü yaxşı hiss edirəm. Səhhətim işləməyə imkan verir”, - Luçesku bildirib.