Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb. Belə ki, qızıl medalları komandamızın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kg), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kg) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kg) isə qitə çempionatında üçüncü yerləri tutublar.
Yarışda 48 ölkədən 1064 idmançı iştirak edib.