“Liverpul”un kapitanı Cordan Henderson
02 may 2021 09:51 (UTC +04:00)

“Liverpul”un kapitanı Cordan Henderson

Kapitan AVRO-2020-ni buraxa bilər

“Liverpul”un kapitanı Cordan Henderson AVRO-2020-də İngiltərə yığmasının heyətində yer almaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis bildirib ki, iki ay yarımdır yaşıl meydanlardan uzaq qalan 30 yaşlı yarımmüdafiəçinin sağalma prosesi ləng gedir. Klopp orta sahə oyunçusunun hələ bir neçə həftə sonra məşqlərə başlaya biləcəyini söyləyib. Bu da böyük ehtimalla Hendersonun Avropa çempionatını buraxmasına səbəb olacaq.

Qeyd edək ki, Cordan Henderson sonuncu dəfə fevralın 20-də “Everton”la matçda iştirak edib. O, cari mövsüm bütün turnirlərdə 28 oyun keçirib.

# 1860
avatar

Oxşar yazılar