Joan Laporta:  “Messi qayıtmaq istəsə, şad olaram”
02 aprel 2022 16:21 (UTC +04:00)

Joan Laporta: “Messi qayıtmaq istəsə, şad olaram”

PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya qayıtması yenidən gündəmə gəlib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Joan Laporta bu məsələyə növbəti dəfə münasibətini bildirib.

Bir müddət əvvəl argentinalı superulduzun dönüşünün gündəmlərində olmadığını söyləyən Laporta artıq fikrini dəyişib. O, 35 yaşlı oyunçunu qaytarmağa hazır olduqlarını deyib: “Leo “Barselona”ya qayıtmaq barədə mənimlə danışmaq istəsə, çox şad olaram”.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin yayında “Barselona”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar