Fabinyo Səudiyyə Ərəbistanına getməyə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçunun özü və klubu “Liverpul” artıq bütün müqavilə və transfer şərtlərini razılaşdırsa da, yarımmüdafiəçinin transferi ləngiyir. Olduqca gözlənilməz səbəblərə görə.
Jurnalistlərin məlumatına görə, 29 yaşlı braziliyalının bir neçə itinə görə son razılaşma bağlana bilməz. Məsələ burasındadır ki, Fabinyonun Səudiyyə Ərəbistanında aqressiv və təhlükəli sayılan fransız buldoqları var.
Qanunlara görə, bu cinsdən olan itlər, həmçinin pitbullar və rotveylerlər heç bir halda ölkəyə gətirilə bilməz. Oyunçu özü heyvanlarını çox sevir və onlarsız getməkdən imtina edir.
Nəticədə “Əl-İttihad” hökumətdən Fabinyonun ev heyvanlarını gətirə bilməsi üçün xüsusi icazə istəyib. Eyni zamanda, itlərin Səudiyyə Ərəbistanı ilə qonşu Bəhreyndə nə vaxt yerləşdiriləcəyi variantı nəzərdən keçirilir.
“Əl-İttihad” azarkeşləri bu vəziyyətdən o qədər qəzəbləniblər ki, sosial mediada “Fabinyonun itlərini buraxın” adlı kampaniyaya başlayılar.