"Çelsi"nin hücumçusu Romelu Lukaku yay transfer pəncərəsində London komandasını tərk etməyi planlaşdırır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 29 yaşlı belçikalıya marağı “İnter”dən yaxşı tanıdığı “Tottenham”in baş məşqçisi Antonio Konte göstərir. Qeyd olunur ki, hücumçunun özü İngiltərəni tərk edərək Milan klubuna qayıtmağa üstünlük verir.
Xatırladaq ki, Lukaku ötən ilin avqustunda "İnter"dən 113 milyon avroya "Çelsi"yə keçmişdi. O, ötən mövsüm 44 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.