"Mançester Siti" "qırmızı şeytanlar"ı məğlub etdi
03 mart 2024 23:29 (UTC +04:00)

"Mançester Siti" "qırmızı şeytanlar"ı məğlub etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

Lent.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Görüş "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 8-ci dəqiqədə Markus Reşford açıb. 56-cı dəqiqədə Fil Foden hesabı bərabərləşdirib. 24 yaşlı yarımmüdafiəçi 80-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqədə Erlinq Haaland müəyyənləşdirib.

Günün digər oyununda "Bournmut" "Börnli"yə qalib gəlib - 2:0.

Turnir cədvəlinə 63 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 62 xalla ikinci pillədə qərarlaşıb. "Mançester Yunayted" isə bu məğlubiyyətdən sonra 44 xalla altıncı yerdədir.

# 2784
avatar

Oxşar yazılar