İngiltərə nəhəngi  iflas olur:   daha 200 nəfər işdən çıxarılacaq
13 fevral 2025 12:55 (UTC +04:00)

İngiltərə nəhəngi iflas olur: daha 200 nəfər işdən çıxarılacaq

İngiltərə Premyer Liqa komandası olan "Mançester Yunayted" maliyyə çətinliyi səbəbindən daha 200 əməkdaşını ixtisar edəcək. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniya nəhəngi ötən ilin payızında da 250 işçisini işdən çıxarmışdı.

Bildirilir ki,  “Mançester Yunayted”in 25 faizini 1,25 milyard funt-sterlinqə alan neft-kimya şirkəti INEOS-un qurucusu Cim Retkliff, klubun son üç ildə 300 milyon funt sterlinqdən çox zərər vurmasından sonra 200 iş yerini ixtisar etməyi planlaşdırır. Xəbərdə “Mançester Yunayted”in ötən ilin payızında 250 əməkdaşını işdən çıxardığı da xatırladılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047

Oxşar yazılar