İyulun 27-də "Liverpul"un və İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna keçəcəyi məlum olub.
Lent.az bildirir ki, “Daily Mail”in xəbərinə görə, futbolçunun yeni komandada illik maaşı 36 milyon funt-sterlinq (42 milyon avro) olacaq. Bu isə o deməkdir ki, Henderson həftədə 700 min funt-sterlinq qazanacaq.
Qeyd olunur ki, Henderson İngiltərə millisinin tarixində ən çox qazanan futbolçusu olacaq.
Hazırda yığmanın ən çox qazanan oyunçusu "Mançester Yunayted"d ə həftədə 350 min funt sterlinq alan Markus Reşforddur.
• Cordan Henderson – “Əl-İttifak” - 700 000 funt-sterlinq.
• Markuş Reşford – “Mançester Yunayted” - 375 000 funt-sterlinq.
• Ceydon Sanço – “Mançester Yunayted” - 350 000 funt-sterlinq.
• Rahim Sterlinq – “Çelsi” - 325 000 funt-sterlinq.
• Cek Qriliş – “Mançester Siti” - 300 000 funt-sterlinq.
• Meyson Maunt – “Mançester Yunayted” - 250.000 funt-sterlinq.
• Deklan Rays – “Arsenal” - 250.000 funt-sterlinq.
• Con Stouns – “Mançester Siti” - 250 000 funt-sterlinq.
• Ris Ceyms – “Çelsi” - 250 000 funt-sterlinq.
• Fil Foden – “Mançester Siti” - 250 000 funt-sterlinq.
• Cud Bellinqem – “Real” - 220 000 funt-sterlinq.
• Harri Keyn – “Tottenhem” - 200.000 funt-sterlinq.