"Çelsi" hücumçu Neymar üçün PSJ ilə danışıqlara başlayıb.
Lent.az bildirir ki, bu barədə “The Daily Mail” xəbər verir.
Mənbənin sözlərinə görə, London klubu 31 yaşlı futbolçunun komandasını dəyişmək istədiyi barədə Fransa klubunu xəbərdar etdiyini öyrənən kimi transferlə maraqlanmağa başlayıb. Son məlumatı hücumçunun atası Neymar da Silva Santos isə təkzib edib.
Daha əvvəl PSJ rəhbərliyinin də kiçik Neymar üçün yeni komanda tapmaqda maraqlı olduğu bildirilirdi. Ötən mövsüm braziliyalı bütün yarışlarda 29 oyun keçirib və 18 qol vurub.