İngiltərə Premyer Liqa komandası "Brayton" Roberto De Zerbi ilə yollarını ayırdıqdan sonra diqqətini “St. Pauli”nin 31 yaşlı məşqçisi Fabian Hürzelerə yönəldib. İngiltərə klubu bu transferi reallaşdırsa, Premyer Liqa tarixinin ən gənc məşqçisi olacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, 31 yaşlı mütəxəssis Premyer Liqa klubunun məlumatlara əsaslanan təhlillər nəticəsində müəyyən etdiyi namizədlərdən biridir.
Hürzeler Almaniyadan İngiltərəyə transfer olunsa, Premyer Liqa tarixinin ən gənc məşqçisi olacaq.
Fabian Hürzeler bu mövsüm 2-ci Bundesliqada “St. Pauli”ni çempionluğa aparıb.