800 metr məsafəyə qaçış üzrə ikiqat Olimpiya çempionu David Rudişa Keniyada yüngül mühərrikli təyyarənin qəzasından sağ çıxıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Kacidao dairəsində baş verib.
Təyyarənin havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra mühərrikinin dayandığı güman edilir. Pilot təyyarəni açıq yerə endirməyə çalışıb, lakin qanadlarından biri ağaca dəyib - təyyarə fırlanmağa başlayıb və qayalıq sahəyə düşüb.
Təyyarədə altı nəfər olub. NBC telekanalının məlumatına görə, onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan sərnişinlər, o cümlədən Rudişanın özü yüngül xəsarətlər alıb, onların həyatına heç bir təhlükə yoxdur.
“Allaha şükür edirik ki, hər kəs sağdır”, - idmançı bildirib.