“Brayton”un gənclər komandasının üzvü Ulrix Eneme-Elya
23 aprel 2021 09:22 (UTC +04:00)

“Brayton”un gənclər komandasının üzvü Ulrix Eneme-Elya

İki futbolçu millidən kənarlaşdırıldı – intim videosuna görə

Fransa Futbol Federasiyası iki futbolçunu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, “Nitsa”nın müdafiəçisi Uilyam Saliba və “Brayton”un gənclər komandasının üzvü Ulrix Eneme-Elya diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb adıçəkilən oyunçuların intim videosu yaymalarıdır. 20 yaşlı Saliba şərti olaraq bir ay müddətinə millidən kənarlaşdırılıb. Onun həmyaşıdı olan Ulrixin cəza müddəti isə üç aydır. Ancaq onlar klublarında oynaya biləcəklər.

Qeyd edək ki, Uilyam Saliba müqavilə ilə “Arsenal”a məxsusdur və “Nitsa”da icarə əsasında çıxış edir. Hər iki futbolçu aşağı yaş qrupu üzrə yığmanın üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar