Yaponiyalı yarımmüdafiəçi Keysuke Honda “Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib.
Apasport.az saytının məlumatına görə, imzalanma mərasimi “Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutub.
35 yaşlı ulduz futbolçunun Bakı təmsilçisi ilə sözləşmə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Tədbirdə klub prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyvazov da iştirak edib.
O, "Neftçi"də 4 nömrəli formanı geyinəcək.
“Gözəl təqdimata görə kluba təşəkkür edirəm”.
Bunu “Neftçi”nin yeni transferi Keysuke Honda deyib.
Bakılılarla mövsümün sonuna qədər müqavilə imzalayan yaponiyalı yarımmüdafiəçi ardından onlayn mətbuat konfransı keçirib.
35 yaşlı ulduz futbolçu təəssüratlarını bölüşüb: “Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, asan olmayacaq. “Neftçi” çempion olmaq istəyir. Mən də bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”.