İspaniyanın “Vilyarreal” komandasının və Hollandiya millisinin 25 yaşlı hücumçusu Arno Danjuma mövsümün sonuna qədər icarə əsasında “Tottenhem”ə keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti xəbər verib.
Yayda “Tottenhem” oyunçunu transferini bitirə bilər.
Arno Danjuma 2021-ci ildə “Bornmut”dan “Vilyarreal”a keçib, burada 33 oyuna çıxıb və 12 qol vurub.