Mahir Emreli, “Qarabağ”ın hücumçusu
18 iyun 2021 09:05 (UTC +04:00)

Mahir Emreli, “Qarabağ”ın hücumçusu

"Heç vaxt belə oynamamışam" - Mahir Emreli

“Bu oyun komanda yoldaşlarımı daha yaxından tanımaq fürsəti baxımından mənim üçün vacib idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın hücumçusu Mahir Emreli Avstriyanın “Bişofşofen” klubu ilə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

Qarşılaşmanın birinci hissəsində het-trikə imza atan Azərbaycan millisinin forvardı bunun o qədər də önəmli olmadığını söyləyib: “Əlbəttə, üç qol vurmaqdan məmnunam, amma mənim üçün ən vacibi uyğunlaşmadır. Hər şey ürəyimcə gedir. Mən hücumçuyam və işim qol vurmaqdır. Ancaq ən vacib məqamlar yaxın gələcəkdə baş verəcəklərdir. Yaxşı oynamağa davam etməliyəm”.

24 yaşlı futbolçu “Legiya”nın fərqli oyun üslubuna malik olduğunu və buna tam öyrəşmək üçün zamana ehtiyac duyduğunu vurğulayıb: “Rəqib güclü komanda deyildi, ancaq cəsarətlə mübarizə apardı, xarakter göstərdi. “Legiya” topla oynamağı sevir. Fərqli taktikada çıxış edir və heç vaxt belə oynamamışam. 6 il “Qarabağ”da 4-3-3 sistemində çıxış etdik. Yeni taktikaya alışmalıyam, bu barədə məşqçimlə danışdım. Hər şeyi mənə izah edəcəyini və addım-addım buna uyğunlaşacağımı söylədi”.

Qeyd edək ki, Mahir Emrelinin 60 dəqiqə oynadığı qarşılaşmada “Legiya” “Bişofşofen” üzərndə 5:0 hesablı qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar