Həbs olunan prezidentlər – futbol dünyasında
03 mart 2021 15:22 (UTC +04:00)

Həbs olunan prezidentlər – futbol dünyasında

Klub prezidenti olmaq heç kimə qanunları çeynəmək hüququ vermir.

Apasport.az saytının məlumatına görə, postda oturduğunuz zaman onlarla quruma hesab verdiyin kimi, vaxtı gələndə ədalət qarşısında da özünü müdafiə etməli olursan.

Son illər vəzifəsindən sui-istifadə etdiyi üçün həbs edilən bir neçə önəmli klub və federasiya prezidenti ilə sizi tanış edirik.

Əziz Yıldırım
2011-ci il iyulun 3-də Türkiyə şok xəbərlə oyandı. İçlərində “Fənərbaxça”nın həmin vaxtkı prezidenti Əziz Yıldırım da olmaqla, bir neçə nümayəndə, keçmiş futbolçu və məşqçi danışılmış oyunlarla bağlı saxlanıldı. Günahkar olduğu təsdiqlənən Yıldırım bir il Metris həbsxanasında məhbus həyatı yaşadı.

Sandro Rosell
“Barselona”nın saxlanılan yeganə prezidenti Bartomeu olmayıb. 2010-2014-cü illərdə Kataloniya klubuna rəhbərlik edən Rosell çirkli pulların yuyulması səbəbilə 2017-ci ildə həbs olunub.

Zepp Blatter
FİFA-nın 8-ci prezidenti Blatter dünya futbolunu 18 il idarə etdi, amma haqqında çıxan iddialar heç vaxt səngimədi. Nəhayət, rüşvət aldığı üçün saxlanılan isveçrəli funksioner 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıldı.

Gilyermo Alvares
Meksikanın “Kruz Asul” klubunun keçmiş rəhbəri mütəşəkkil cinayətlər törətməkdə və çirkli pulların yuyulmasında görə günahkar bilinərək həbs olunub. Məhkəmə gününə qədər sərbəst buraxılan Billi ləqəbli iş adamının harada olduğu hələ bilinmir və İnterpol tərəfindən axtarışdadır.

Anxel Mariya Vilyar
İspaniya futbolunun son illər enişdə olmasının səbəbkarları, bəlkə də, federasiya prezidentləridir. Sabiq rəhbər Anxel Mariya Vilyar da iki il əvvəl həbs olunub. Korrupsiyaya görə həbs olunan Vilyarın rüşvət aldığı da təsdiqlənib. O, həm FİFA, həm də UEFA üzvlüyündən istefa verib.

Xosep Bartomeu
Ötən aylarda “Barselona” prezidentliyindən istefa verən Bartomeu “BarcaGate” əməliyyatı ilə saxlanıldı. Lionel Messini komandadan ayrılma nöqtəsinə gətirən Bartomeu azadlığa buraxılsa da, Xavi, Ernandes, Jerar Pike kimi klubun əfsanəvi futbolçularının nüfuzunu zədələmək üçün sosial şəbəkədə saxta hesablar açdırmaqda günahlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Oxşar yazılar