Harri Keyn İngiltərədə 32 komandaya qol vurub
27 dekabr 2022 16:23 (UTC +04:00)

Harri Keyn İngiltərədə 32 komandaya qol vurub

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının 17-ci turunun "Brentford"la oyununda (2:2) növbəti qolunu vurub. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 29 yaşlı futbolçu oynadığı Premyer Liqa komandalarının hamısına qol vurub. 

Harri Keyn bu mövsüm klub və İngiltərə millisinin heyətində 34 oyunda 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2024-cü ildə başa çatır. Bu mövsümün sonunda "Bavariya"nın Keyni transfer etmək istədiyi bildirilir.

"Tottenhem" Premyer Liqada keçirdiyi 16 oyunda 30 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Növbəti turda Antonio Kontenin yetirmələri evdə “Aston Villa” ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar