Hakim oyun zamanı  həbs edildi
26 iyun 2025 19:59 (UTC +04:00)

Hakim oyun zamanı həbs edildi

Futbol hakimi Ederson Karlos da Silva Braziliyanın San-Paulu ştatının Quaruja şəhərində həvəskarlar arasında keçirilən oyun zamanı həbs edilib, 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, polis futbolçuya sarı vərəqə göstərdikdən bir neçə saniyə sonra meydanda futbol hakimini həbs edib. Hakim yan xəttə dönərkən gülləkeçirməz jiletli polislər meydançaya qaçıblar, onun qollarını qandallayıblar və oyunçuların və azarkeşlərin təəccüblü baxışları qarşısında onu uzaqlaşdırıblar.

Bundan əvvəl Braziliya məhkəməsi narkotik alverində iştirakda şübhəli bilinən 38 yaşlı da Silvanın həbsinə order verib. İstintaqın aparılmasına San-Pauluda 450 kiloqram kokainin müsadirə edilməsi səbəb olub. Cinayət zəncirinin üstü açılarkən, futbol hakiminin bütün San-Paulu ştatında qadağan olunmuş maddənin logistikasına cavabdeh olduğu müəyyən edilib.

"Da Silva narkotik saxlamaq üçün cinayətkar təşkilatın icarəyə götürdüyü bir neçə evdən istifadə edib, sonra isə həmin evlərdən paylanıb. Əldə etdiyimiz məlumata görə, o, şirkətdə briqadir işləyib. Onun futbol oyunlarını idarə etməsi barədə məlumatımız yox idi", - Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və mübarizə departamentinin sözçüsü Eduardo Kamarqo Lima deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar