Naməlum şəxslər “Arsenal”ın və Hollandiya millisinin sabiq hücumçusu Robin van Persinin “Facebook” hesabını sındıraraq onun səhifəsində porno görüntülər yerləşdiriblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məşhur futbolçu “Twitter” hesabında məlumat verib.
Hakerlər “Arsenal”ın keçmiş hücumçusunun hesabına daxil olub və onun səhifəsində çılpaq qadınların şəkillərini yerləşdiriblər. “Təəssüf ki, qısa müddət ərzində ikinci dəfədir mənim “Facebook” səhifəm sındırılır və məndən xəbərsiz qəbuledilməz şəkillər dərc olunur”, –futbolçu yazıb.
İdmançı hesaba girişi bərpa etmək üçün çalışdığını qeyd edib. “Ümid edirəm ki, “Facebook” bunu tez bir zamanda həll edə bilər. Yaranan narahatlığa görə üzr istəyirik”, - o əlavə edib.
Bundan əvvəl Robin van Persinin “Facebook” hesabı dekabrın 8-də sındırılıb. “Twitter” hesabında o, pərəstişkarlarına onun adından qadağan olunmuş məzmunun dərc edildiyi barədə xəbərdarlıq edib.
Hollandiyalı futbolçu 2004-2012-ci illərdə “Arsenal”da çıxış edib. Hücumçu İngiltərə Kubokunu və Super Kubokunu qazanıb. Futbolçu karyerasını ötən mövsümün sonunda başa vurub. Van Persinin Hollandiya millisində 102 oyunda 50 qolu var.