Futbol üzrə Avstriya millisinin baş məşqçisi, əvvəllər “Mançester Yunayted”də məşqçi və məsləhətçi kimi çalışmış Ralf Ranqnik “Mançester Siti”nin hücumçusu Erlinq Haaland haqda fikirlərini bölüşüb.
“Erlinq indi Lionel Messi və Kriştiano Ronaldodan yaxşıdır. Tarixdə heç vaxt bir futbolçu cəmi 22 yaşında belə geniş keyfiyyətlərə malik olmamışdı”, - Lent.az xəbər verir ki, “France Football” Ranqnikdən sitat gətirib.
Xatırladaq ki, Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. 22 yaşlı norveçli hücumçu bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
2019-cu ildən Haaland Norveç millisinə çağırılıb. Futbolçu əvvəllər Dortmund "Borussiya"sında və digər komandalarda çıxış edib.