Haaland "Mançester Siti"dən gedə bilər  – SƏBƏB 
08 aprel 2025 13:44 (UTC +04:00)

Haaland "Mançester Siti"dən gedə bilər – SƏBƏB 

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland bu yay klubunu tərk edə bilər. 

Lent.az bildirir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Qeyd olunur ki, “Mançester Siti” kifayət qədər çətin mövsüm keçirib və bu, komandanın ümidlərini doğrultmayıb. Mənbə jurnalistlərə bildirib ki, bu səbəbdən 24 yaşlı futbolçu özünə yeni klub axtarmağa başlayıb.

Nəşr xatırladıb ki, bir müddət əvvəl Haaland "Mançester Siti" ilə müqaviləsini 2034-cü ilə qədər uzadıb. Bununla belə, İngiltərə klubunda hazırkı vəziyyət narahatedicidir.

Pep Qvardiolanın yetirmələri Premyer Liqada 5-ci pillədə qərarlaşıb və Çempionlar Liqasından kənarda qalıb. Klubun rəqibləri olan “Aston Villa” və “Nyukasl” turnir cədvəlində ona çatmağa başlayır.

Mənbənin sözlərinə görə, PSJ və “Bavariya” Haalandın transferi üçün daha iddialı görünür. Hələlik bunlar norveçli futbolçu üçün ən şanslı namizədlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886

Oxşar yazılar