Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 04:31 (UTC +04:00)

Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər

Gündə 7 000 addım atmaq beyin fəaliyyətini yaxşılaşdıra və bir sıra xəstəliklərin qarşısını ala bilər. Bu barədə avstraliyalı alimlərin, eləcə də onların İspaniya, Böyük Britaniya və Norveçdən olan həmkarlarının apardığı tədqiqatda qeyd olunur.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "The Lancet" jurnalında dərc edilib.

Tədqiqat zamanı alimlər dünyanın müxtəlif ölkələrindən olan 160 mindən çox insanın sağlamlıq və fiziki aktivlik göstəricilərini təhlil ediblər.

Nəticədə məlum olub ki, gündə cəmi 2 000 addım atan insanlarla müqayisədə 7 000 addım atan şəxslərdə:

- demensiya riski 38%,

- ürək-damar xəstəlikləri riski 25%,

- depressiya riski 22%,

- xərçəng riski isə 6% daha azdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar