Güləşçimiz əvvəl Avropa, ardınca DÜNYA ÇEMPİONU  oldu
05 avqust 2023 22:37 (UTC +04:00)

Güləşçimiz əvvəl Avropa, ardınca DÜNYA ÇEMPİONU oldu

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Lent.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

O, ilk görüşündə özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gəlib. Avropa çempionumuz dörddəbir finalda gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:2 hesabı ilə üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşan idmançımız rəqibini 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, Yusif Dursunov Avropa çempionluğunun ardınca dünya çempionu tituluna da yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6048
avatar

Oxşar yazılar