Güclü məşqdən sonra əzələləri bərpa etməyin yolları açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əzələ liflərini tez bərpa etmək üçün zülal qəbul etmək lazımdır. Məsələn, yumşaq kəsmik, banan və ya yoqurt yeyilməlidir. Həmçinin su içmək və su-duz balansını da saxlamaq lazımdır. Bundan əlavə, idman zalında uğurla irəliləmək üçün yuxu saatlarının sayını artırmağa dəyər.
Məşqdən sonra 15 dəqiqə saunaya və ya hamama getmək məsləhət görülür. Masaj həm də əzələlərdə qan dövranını yaxşılaşdırır. Son məsləhət, yorğun əzələləri stimullaşdıran kontrastlı duş qəbul etməkdir.