Gənə dişləyən   17 yaşlı hokkeyçi öldü
03 avqust 2023 14:34 (UTC +04:00)

Gənə dişləyən 17 yaşlı hokkeyçi öldü

“Kuzbass” gənclərdən ibarət hokkey komandasının oyunçusu Yevgeni Xvalko 17 yaşında vəfat edib.

“Ölümün səbəbi gənə dişləməsinin yaratdığı fəsadlar olub. "Kuzbass" hokkey klubu və azarkeşlər Yevgeninin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, sizinlə birlikdə yas tuturuq! – Lent.az xarici mediaya istinadla bildirir ki, "Kuzbass" klubunun mətbuat xidmətinin məlumatında deyilir.

Mərhum Rusiya və Belarus yığmalarının keçmiş futbolçusu, hazırda məşqçi Yevgeni Xvalkonun oğludur. Kiçik Xvalko aprel ayında “Kuzbass”la birlikdə yeniyetmələr arasında Rusiya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar