“Qremio” ilə müqaviləsi qışda başa çatacaq uruqvaylı hücumçu Luis Suares gələcəyi ilə bağlı danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, şayiələrə görə, 36 yaşlı hücumçu karyerasını Lionel Messi də daxil olmaqla keçmiş "Barselona"dakı komanda yoldaşlarının oynadığı "İnter Mayami"də davam etdirəcək.
“Ağrı hiss edirəm, bədənim mənim yerimə danışır. Mən əylənmək və uzun karyeradan sonra özüm üçün qərar vermək istəyirəm.
Dincəlməliyəm, ailəmlə vaxt keçirməliyəm... Onda tale mənim gələcəkdə hara düşəcəyimi göstərəcək,” Suares vurğulayıb.