Futbolda çəhrayı vərəqə də  ortaya çıxdı - kimlərə veriləcək?
23 may 2024 14:43 (UTC +04:00)

Futbolda çəhrayı vərəqə də ortaya çıxdı - kimlərə veriləcək?

2024-cü ildə Amerika Kubokunda hakimin arsenalında çəhrayı vərəqə olacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu kəllə-beyin travması və ya beyin silkələnməsi səbəbindən dəyişdirilərsə, hakim çəhrayı vərəqə göstərəcək. Bu hər oyunda bir dəfə olacaq və oyun ərzində icazə verilən beş heyət dəyişikliyinə əlavə olaraq yerinə yetiriləcək.

Mart ayında məlum olub ki, mavi vərəqə tezliklə futbolda tətbiq oluna bilər. Bu, sarı vərəqə ilə cəzalandırılanlardan daha aşkar olan qəsdən pozulmalara şamil ediləcək. Mavi vərəqəyə görə oyunçu on dəqiqə meydandan kənarlaşdırılacaq. Daha sonra FİFA qaydalara dəyişikliklərlə bağlı söhbətlərin hələ tez olduğunu açıqlayıb.

2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Oxşar yazılar