Futbolçuya HÜCUM: yarım milyonluq  saatını oğurladılar
04 iyun 2024 11:54 (UTC +04:00)

Futbolçuya HÜCUM: yarım milyonluq saatını oğurladılar

"Tottenhem"in yarımmüdafiəçisi İv Bisuma Fransada olarkən qarət edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, malili futbolçu gözyaşardıcı qaza məruz qalıb və onun saatı da oğurlanıb. Məlumata görə, saatın dəyəri 293 min avrodan (təxminən 543 min manat) çoxdur.

Bissumanın üzünə gözyaşardıcı qazın sıçradığı, bundan sonra təcavüzkarların onun qolundan qol saatını qopardıqları bildirilir. Yarımmüdafiəçi yaxınlıqdakı oteldə gizlənməyə çalışdığını, lakin onun qapılarının bağlı olduğunu bildirib.

Polis araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar