“Marsel”in ulduz futbolçuları arasında yer alan Matteo Guendouzi həyatının şokunu yaşayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 24 yaşlı futbolçu "Bayer"lə yoldaşlıq görüşü zamanı meydanda olarkən onun evinə oğru girib.
Fransa Liqa 1 komandası “Marsel”də şok hadisə yaşanıb. Soyğunçular komandanın ulduzu Matteo Quenduzinin evinə basqın ediblər.
Leverkizenin “Bayer” komandası və “Marsel” arasında yoldaşlıq oyunu davam edərkən, oğruların evə girərək böyük oğurluq etdikləri məlum olub. Matteo Quendouzinin meydanda olduğu dəqiqələrdə klub rəsmisinin ona meydanın ortasında oğurluq xəbəri verdiyi anlar sosial mediada gündəm olub.
Məlumata görə; oğurlar Matteo Quenduzinin evinə yataq otağının pəncərəsini sındıraraq giriblər. Bildirilib ki, oğrular Matteo Quenduzinin evindən tapılan 200 min avro dəyərində saatı oğurlayıblar.
Hadisə zamanı Matteo Quenduzinin həyat yoldaşı Mate Rfsk və övladının evdə olduğu, axşam saat 22:30-da şübhəli səslər eşitdikdən sonra polisə məlumat verildiyi bildirilib. Polis gələnə qədər oğruların hadisə yerindən qaçdıqları vurğulanıb.