Məhəmməd Salahı heyətinə qatmaq istəyən “Əl-İttihad” hücumçu üçün rəsmi təklif göndərib.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi “Liverpul”a 129 milyon funt sterlinq ödəməyə razıdır.
İngiltərə klubu təklifə rəsmi cavab verməsə də, baş məşqçisi Yurgen Klopp isə Salahın satılmayacağını açıqlayıb. O, 2017-ci ilin yayından mersisaydlıların formasını geyinən Salahın komandasına sadiq qalacağını bildirib.
Qeyd edək ki, Məhəmməd cari mövsümün 3 oyununda 1 qol və 2 assistə imza atıb.