Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətlərində azarkeşi vurub.
Lent.az xəbər verir ki, bu barədə "Eurosport" saytı məlumat yayıb.
Fransız hücumçunun zərbələrindən biri azarkeşin başına dəyib.
İzləyici bir müddət huşunu itirib.
O digər azarkeşlərin köməyi ilə ayılıb.
Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.
Xatırladaq ki, oyun 2:0 hesabı ilə fransızların xeyirinə bitib.