“Qaziantepspor”un keçmiş futbolçusu Oussu Konan ölkəsi Fil Dişi Sahilində öldürülüb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu zəhərlənib.
Son olaraq Səudiyyə Ərəbistanının “Əl-Bukirya” klubunda çıxış edən forvard fasilədən yararlanaraq istirahət üçün ölkəsinə qayıdıb. Lakin ailəsi ilə birlikdə olduğu zaman zəhər qatılmış bir fincan şərabı içərək ölüb.
Konanı əmisi oğlunun zəhərlədiyi bildirilir.