Uruqvaylı hücumçu Sebastyan Abreu Uruqvay çempionatının ikinci divizion klubu "Sud Amerika" ilə müqavilə imzalayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, beləliklə, 44 yaşlı hücumçu karyerasında 31-ci kluba keçib və ən çox komanda rekordunu qırıb.
Abreu fevral ayında “Atletik Minas-Jerays” klubu ilə müqavilə imzalayıb və yalnız 4 oyunda meydana çıxıb.
Abreu hazırda oynayan futbolçular arasında klub sayına görə rekordçudur. Uruqvaylı daha çox Meksika klubları ilə müqavilələr imzalayıb.
Abreu Avropada İspaniyanın “Deportivo” və “Real Sosyedad” klublarındakı çıxışı ilə tanınır. O, Uruqvay millisinin heyətində 70 oyunda 26 qol vurub.
Abreu professional karyerasına 1996-cı ildə başlayıb.