Argentina çempionatında xoşagəlməz hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, futbolçu yerə yıxılan rəqib oyunçunun başına təpiklə zərbə vurub.
Bu, aşağı liqaların birinin oyunu zamanı yaşanıb. Futbolçunun belə hərəkəti komandalar arasında kütləvi dava-dalaşla nəticələnib.
Zərərçəkmişin sağlamlığına ciddi təhlükə olmadığı bildirilir. Rəqibi vuran futbolçunu isə ömürlük diskvalifikasiya gözləyir.