Amerika Milli Futbol Liqasında “Nyu York Cets” və “Tampa-Bey Bakkanirs” komandalarının qarşılaşması qalmaqalla yekunlaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Tampa”nın futbolçusu Antonio Braun və klubun baş məşqçisi Bryüs Erians arasında mübahisə düşüb. Əvvəlcə onu əvəzləyən, daha sonra dəfələrlə yenidən meydana daxil olmasını xahiş edən məşqçinin bu qərarı futbolçunun xoşuna gəlməyib.
Sözlü mübahisə nəticəsində Erians Brauna komandadan getməyi əmr edib və o, oyun zamanı ləvazimatlarını çıxarıb azarkeşlərə tərəf atıb.
Oyundan sonra mətbuat konfransında məşqçi Braunun artıq komandasında oyunçu olmadığını bildirib.