
Armstronq Okofleks, futbolçu
Futbolçu məşqçidən təlimat almaq üçün meydana belə çıxdı
"Seltik" in futbolçusu Armstronq Okofleks əsas komandadakı debütünü uzun müddət xatırlayacaq.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Şotlandiya çempionatında “Hibernian”la oyunda (1:1) əvəzetmə yarımmüdafiəçi üçün gözlənilməz olub. O, meydana simsiz qulaqlıqla daxil olub.
Xoşbəxtlikdən klub işçilərindən biri vaxtında bunu görüb və Armstronqa işarə edib. Buna baxmayaraq, epizod TV-də yayımlanıb və gülünc anın ekran görüntüsü dünyanı dolaşıb.
Yeri gəlmişkən, azarkeşlər qəzəbləniblər, deyiblər ki, bir futbolçu skamyada oturaraq musiqi dinləməyə necə cürət edir. Lakin Okofleksin qulaqlıq vasitəsilə baş məşqçidən təlimat aldığını söyləyərək tez bir zamanda sakitləşdiriblər.

Oxşar yazılar

Bitkoynla futbolçu alındı - TARİXDƏ İLK DƏFƏ
20 yanvar 2021 , 22:30
Messi 2 oyunluq kənarlaşdırıldı - SƏBƏB
19 yanvar 2021 , 17:24
“Qarabağ”ın sabiq mətbuat katibi: “Macəram başa çatdı…”
19 yanvar 2021 , 17:23
Veteran futbolçu: “Qurban gördü ki, yığma yuxarıdan idarə olunur...”
19 yanvar 2021 , 12:33
“Qarabağ” bu Avropa klublarını geridə qoydu - Dünya reytinqi
19 yanvar 2021 , 11:40
Azərbaycan klubları 61 transfer edib - FİFA-nın hesabatı
19 yanvar 2021 , 09:47
"Qarabağ"ın futbolçularını nə xilas etdi?
18 yanvar 2021 , 13:05
“Fənərbaxça” Eden Azarı transfer etmək istəyir
18 yanvar 2021 , 12:41