Futbolçu LGBT-yə görə oyunlara buraxılmayacaq
31 may 2024 12:09 (UTC +04:00)

Futbolçu LGBT-yə görə oyunlara buraxılmayacaq

Liqa 1-in 34-cü turunun "Nant"la oyununda (4:0) LGBT-yə dəstək loqotipini ört-basdır edən "Monako"nun futbolçusu Məhəmməd Kamara 4 oyunluq cəzalanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əvvəl Fransanın idman naziri Ameli Oudea-Kastera “Monako”nun futbolçusu Məhəmməd Kamaranın homofobiya ilə mübarizə aksiyasında iştirak etmək istəmədiyinə görə cəzalandırılmasını istəyib.

Malidən olan yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. “Monako” 2023/2024 mövsümünü Fransa çempionatının turnir cədvəlində ikinci yerdə başa vurub. Moneqasklılar 34 matçdan 67 xal toplayıb. “Monako” gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar